Əfqan Muxtarlının apellyasiya şikayəti təmin edilməyib

Dərc olunub: 13/10/2017 - 14:24

ac5d0693-d36b-48f4-b221-b64e2b64c5a0_292Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Əfqan Muxtarlının barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi üçün məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.
Bu barədə “Report”a vəkil Osman Kazımov məlumat verib.

Onun sözlərinə görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən iclasda Ə.Muxtarlının apellyasiya şikayətini təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdiirlmədən qüvvədə saxlanılıb.
Qeyd edək ki, Ə.Muxtarlı mayın 29-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. O, saxlanılarkən sərhədçilərə müqavimət göstərib. Ə.Muxtarlı inzibati qaydada tutularaq üzərində axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb.
Ona Cinayət Məcəlləsinin CM-nin 318-ci (Dövlət sərhədinin qanunsuz olaraq keçmə) və 206-cı (qaçaqmalçılıq), 315-ci maddəsi (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb.
Səbail Rayon Məhkəməsində Ə.Muxtarlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib və daha sonra onun həbs müddəti uzadılıb.


loading...


Fikrinizi bildirin