AMEA Tarix İnstitutuna qarşı - Xəritə məsələsi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Təhsil Nazirliyinin mətbuat xidmətləri X sinif Tarix dərsliyi ilə bağlı birgə açıqlama yayıb.

AMEA və Təhsil Nazirliyinin mətbuat xidmətlərindən APA-ya daxil olan açıqlamada deyilir ki, bu günlərdə Tarix İnstitutunun Elmi Şurasının 10-cu sinif “Ümumi tarix” dərsliyi ilə bağlı yaydığı bəyanatda şərh olunan məsələlər bir çox KİV-in xəbər başlıqlarında AMEA-nın mövqeyi kimi göstərilir.

"Bu da yanlış rəylərə gətirib çıxarır və medianın əsas prinsiplərinə ziddir. AMEA-nın mətbuat xidməti olaraq bildiririk ki, akademiyanın struktur bölməsi olan Tarix İnstitutunun bu bəyanatı bütövlükdə AMEA-nın mövqeyini əks etdirmir. AMEA-nın və Təhsil Nazirliyinin mətbuat xidmətləri kütləvi informasiya vasitələrindən qeyd olunan məsələdə dürüst və obyektiv olmağı, xəbər başlıqlarına diqqətlə yanaşmağı xahiş edir", - deyə açıqlamada bildirilir.

Tarix İntitutunun bəyanatı ilə buradan tanış ola bilərsiniz: “AZƏRBAYCANIN TARİXİ KEÇMİŞİNƏ AĞIR ZƏRBƏ VURULUB!” – Tarix İnstitutundan XƏYANƏT ittihamı (Sərt bəyanat)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar