Əhalinin sərəncamında 33,2 mlrd. manat var - Komitə

İlkin məlumatlara görə, 2017-ci ilin yanvar-sentyabr aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən nominal ifadədə 8% artaraq 36 mlrd. 247 mln. manata çatıb.

“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gəlirlərin əhalinin hər nəfərinə düşən həcmi isə orta hesabla 3728 manat və ya ayda 414,2 manat təşkil edərək 6,9% artıb.

Bu dövr ərzində gəlirlərin 85,8%-i son istehlak xərclərinə, 8,5-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,8-i kreditlər üzrə faizlərin ödənilməsinə (652 mln. manat) sərf edilib, 3,9%-i isə yığıma yönəldilib.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 33 mlrd. 157,3 mln. manatlıq vəsait qalıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar