Rus nazirdən Putini utandıran açıqlama...

Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçev skandal açıqlama ilə yadda qalıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, hökümət iclasında donuz əti ixracatından bəhs edən nazir bu satışın Rusiyada əhəmiyyətli yerə sahib olacağını vurğulayıb və "Almaniya ildə 5,5 milyon ton donuz əti istehsal edir və 3 milyon tonu Çin, İndoneziya, Yaponiya, Koreya və digər ölkələrə satır. Bu sahə ilə məşğul olmamaq üçün heç bir səbəb yoxdur. Hətta ölkənin uzaq şərq bölgələrində fermalar yaratmışıq" deyib.

Putin Tkaçevin açıqlamasına münasibət bildirib və İndoneziyanın müsəlman ölkəsi olduğunu xatırladıb.

Cavabında nazir Cənubi Koreyanı nəzərdə tutduğunu, lakin lazım gəlsə İndoneziyaya da donuz əti yedirdə biləcəklərini qeyd edib və skandala səbəb olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar