Türkiyə İdlibdə hərbi müşahidəçilərini yerləşdirdi

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Türkiyə Suriyanın İdlib əyalətində hərbi müşahidəçilərini yerləşdirmək qərarını gerçəkləşdirib. Hərbi bölmələr «cihadçı»ların bölgə üzərində nəzarətinə son qoymaq səyləri çərçivəsində sözügedən ərazidə yerləşdirilib.

Türkiyənin hərbi rəhbərliyi cümə günü bəyan edib ki, artıq İdlibdə müşahidəçi məntəqələri yaradılır. Ölkə Suriyanın şimal-qərb bölgəsinə 100 nəfərdən artıq əsgər və 30 vahid zirehli texnika göndərib - yaxın günlərdə əlavə bölmələr də göndəriləcək.

«Amerikanın səsi» radiosu xatırladır ki, Ankara Azad Suriya ordusuna (ASO) dəstək verir. Bu birləşmələr Bəşər Əsədin devrilməsinə çalışırlar.

Oktyabrın 12-i gecəsi Türkiyənin Suriya ilə sərhədini 12 zirehli transportyor və 80 əsgəri keçərək, İdlib bölgəsinə girib. Türkiyə Baş qərargahı əməliyyatın başlanmasını rəsmi qaydada oktyabrın 9-da elan edib.

İdlibdə təhlükəsizlik zonasının yaradılması barədə saziş may ayında Astanada qəbul, sentyabrda isə təsdiq olunub.

Hal-hazırda Türkiyədə İraq və Suriyadan olan 3 milyona yaxın qaçqın var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar