Lerik və Masallıda yeni sürüşmə sahələri yaranıb
Baxiş sayı:
Dərc olunub:
16/10/2017 - 15:24
Lerik və Masallı rayonlarında yeni lokal sürüşmə sahələri əmələ gəlib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov APA-ya bildirib ki, Lerikdə Soru, Veri-Əliabad və Kirəvud, Masallıda isə Zuvand və Güllütəpə kəndlərində yeni lokal sürüşmə sahələri yaranıb.
Onun sözlərinə görə, buna həm təbii, həm də texnogen amillər səbəb olub. S. Əmiraslanov qeyd edib ki, Lənkəran-Lerik avtomobil yolunda uçqun və sürüşmə sahələrində də genişlənmələr müşahidə edilir.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.