Nazir Cocuq Mərcanlı kəndindəki məktəblilərə hədiyyə apardı

Təhsil naziri Mikayıl Cabbarov Cocuq Mərcanlıda olub. Məktəb kollektivi və şagirdlərlə görüşən nazir təhsil müəssisəsinə hədiyyə də təqdim edib.Musavat.com xəbər verir ki, bu görüş təhsil naziri Mikayıl Cabbarovun Horadiz şəhərində vətəndaşları qəbulu ərəfəsində baş tutub. Nazir qəbuldan əvvəl Cəbrayıl rayon Cocuq Mərcanlı kəndindəki məktəbdə olub.

Bildirək ki, 2016-cı ildə aprel döyüşlərindən sonra Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi ilə yenidən yaşayış məntəqələri salınan kənddə məktəb də inşa edilib.

Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində hazırda 60-dan çox şagird təhsil alır.

Nazir məktəb kollektivi ilə görüşü zamanı yaradılan şəraitlə tanış olub və səfərin məqsədindən danışıb.

"Bölgədə olarkən, vətəndaşların qəbulunu keçirərkən bu məktəbə baş çəkməmək mümkün deyildi.

Ən əsası isə bu səfər zamanı məktəb kollektivi, müəllimlər və şagirdlərlə ünsiyyət imkanı yarandı. Əminlik hissi ilə demək istəyirəm ki bu məktəbin də, fərdi olaraq şagirdlərin nəticələri də bizi sevindirəcək"- deyə naxir qeyd edib.

Təhsil naziri məktəbə təqdim etdiyi hədiyyə haqda da suala cavab verib: "Məktəbdə tədris üçün tam şərait yarılıb. Amma biz də məktəbə kiçik bir hədiyyə kimi elektron lövhə gətirdik. İnformasiya komunikasiya və texnologiyalar sahəsində biliklərini artırmaq üçün elektron löhvə şagirdlər üçün faydalı olacaq. Bir məsələni də qeyd edim ki, bu bölgəyə dinc və firəvan həyat qayıdıb. Bunun ən əsas rəmzi də məktəbin fəaliyyətə başlaması, uşaqların rahat şəkildə təlim və tədris prosesini keçməsidir".

Qeyd edək ki, bu görüşdən sonra Horadiz şəhərində təhsil naziri ilə vətəndaşların qəbul keçirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar