ABŞ Ankaraya nümayəndə heyəti göndərdi
Baxiş sayı:
Dərc olunub:
16/10/2017 - 21:12
Türkiyə ilə ABŞ arasında yaranan gərginliklə bağlı tərəflər arasında yüksək səviyyədə görüş keçiriləcək.APA-nın verdiyi xəbərə görə, ABŞ dövlət katibinin müavini Conatan Kohenin rəhbərlik etdiyi nümayəndə heyəti Ankaraya gedib. C. Kohen səfərdən əvvəl viza problemi ilə bağlı suala "bu problemi mən həll etmirəm", - deyib.
ABŞ nümayəndə heyəti Türkiyə XİN aparatının rəhbəri Əhməd Muxtar Günün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirəcək.
Qeyd edək ki, ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı, Türkiyə vətəndaşı Mətin Topuzun həbsi səbəb olub. M. Topuz FETÖ terror təşkilatı ilə əlbir olmaqda təqsirli bilinərək saxlanılıb.
Son yazılar
11:19
“Biz Rusiyaya xəbərdarlıq etmişdik...” - ABŞ ATACMS raketlərini gizli şəkildə Ukraynaya ötürüb
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.