Türkiyə İraqın şimalına hava məkanını bağlayır

Dərc olunub: 16/10/2017 - 18:43

854322b0-689c-4dac-a38e-14395f8ae75a_292Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının toplantısı başa çatıb.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, toplantı 1 saat 40 dəqiqə sürüb.

Toplantıda ölkədə fövqəladə vəziyyət rejiminin daha 3 ay uzadılması, İraqın şimalına Türkiyə Hava məkanının bağlanması, İraqın şimal bölgəsi ilə həmsərhəddə yerləşən İbrahim Halil buraxılış məntəqəsinin bağlanması hökumətə tövsiyə edilib.
Toplantıda Fətullahçı Terror Təşkilatı, PKK (onun Suriyadakı qolları PYD və YPG) və İŞİD başda olmaqa bütün terror qruplaşmalarına qarşı mübarizə dəstəklənib.
Rəsmi Bağdadın ölkədə konstitusiyanın suverenliyini təmin etməsi, xüsusi ilə Kərkükdə atdığı addımlar dəyərləndirilərək İraqın ərazi bütövlüyünün dəstəklənməsi bir daha vurğulanıb.


loading...




Fikrinizi bildirin