Bakıda 26 yaşlı gənc liftin şaxtasına düşərək ölüb
Baxiş sayı:
Dərc olunub:
16/10/2017 - 22:38
Bakıda bədbəxt hadisə baş verib.FHN-dən verilən məlumata görə, Nərimanov rayonunda inzibati binanın liftində təmir işləri aparan 1991-ci il təvəllüdlü Əhmədov Orxan Şəhrab oğlu liftin şaxtasına yıxılıb.
Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri O. Əhmədovun cəsədini şaxtadan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.