Nazarbayev yeni Qırğızıstan prezidentini təbrik edib

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Qırğız Respublikasının yeni seçilən prezidenti Sooronbay Jeenbekova təbrik teleqramı göndərib.

“Report” Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin Mətbuat xidməti məlumat yayıb.

"İnanıram ki, Qazaxıstanla Qırğız Respublikası arasında qarşılıqlı əməkdaşlıq ölkələrimizin rifahı naminə gələcəkdə də inkişaf edəcək”, - Nursultan Nazarbayev vurğulayıb.

Qeyd edək ki, oktyabrın 15-də Qırğız Respublikasında keçirilən prezident seçkisində hakim partiyanın nümayəndəsi, keçmiş baş nazir Sooronbay Jeenbekov 54,81 faiz səslə qalib gəlib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar