İraq polisi Kərkkün administrasiya binasını tutub

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, İraq polisinin döyüşçüləri heç bir müqavimətə rast gəlmədən, Kərkük qubernatoru administrasiyasının binasını tutub. Bu barədə administrasiya əməkdaşlarından biri «RİA Novosti» agentliyinə xəbər verib.

Mənbənin məlumatına görə, əyalət administrasiyası məmurlarının əksəriyyəti, o cümlədən, qubernator Nəcməddin Kərim bazar ertəst səhər tezdən avtomobillə kürd muxtariyyəti ərazisinə doğru hərəkət etməklə, şəhərdən çıxıb.

«Federal polis qüvvələri heç bir müqavimətə rast gəlmədən, əyalətin administrasiya binasına daxil oldu» - deyə, vəziyyətlə tanış olan administrasiya əməkdaşı bildirib.

Onun sözlərinə görə, feleral qüvvələr daha bir sıra «mühüm obyekti» öz nəzarəti altına alıb.

Bundan əvvəl İraq hərbçiləri Kərkük ətrafındakı Baba-Qurqur və Bəy Hasan neft yataqları, K-1 hərbi bazası, aeroport və yaxınlıqdakı «açar» neft-qaz obyektləri üzərində nəzarəti bərqərar etdiklərini xəbər vermişdilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar