“Suriyada antiterror əməliyyatı başa çatmaq üzrədir” - Şoyqu

soyquSuriyada həyata keçirilən antiterror əməliyyatı başa çatmaq üzrədir. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu israilli həmkarı Aviqdor Libermanla görüşdə bəyan edib.

“Suriyada əməliyyat başa çatmaq üzrədir. Hazırda təcili həllini və Suriyadakı vəziyyətin gələcək inkişafı perspektivinin müzakirəsini gözləyən bir neçə amil mövcuddur”, deyə S.Şoyqu bildirib.

Onun sözlərinə görə, hərbi və hərbi-texniki əməkdaşlıq məsələlərindən əlavə, əsas məsələ terrorizmlə mübarizə və regiondakı vəziyyətdir. Rusiya müdafiə naziri həmkarına Yaxın Şərqdəki vəziyyətlə bağlı bir sıra məsələləri müzakirə etməyi təklif edib.

Qeyd edək ki, Sergey Şoyqu bu gün İsrailə səfər edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar