PUTİN YENİ PREZİDENTLİK MÜDDƏTİ YOLUNDA – Qərarını niyə açıqlamır?

Rusiya prezidenti Vladimir Putin 2018-ci ilin martında keçiriləcək prezident seçkilərində iştirakı ilə əlaqədər səssizliyini qorumaqda davam edir. Lakin məlumdur ki, indiki halda onun bu cür davranışları özünü, sadəcə olaraq, naza qoymaqdan başqa bir şey deyil. Çünki cənab Putin 2024-cü ilə kimi hakimiyyətdə qalmağa tam qərarlıdır və bunun üçün onun əlindəki ən güclü kart - bərabər səviyyəli rəqiblərinin olmamasıdır.

- Qubernator ovu

Amma hər halda, bu həftə Sankt-Peterburq vilayətinin qanunverici məclisinin deputatlarından biri açıq şəkildə Vladimir Putindən ləngimədən seçkilərdə iştirakı barəsində qərarının elan olunmasını xahiş edib, çünki onun sözlərinə görə, prezidentin susması “Rusiya cəmiyyətində bölünmə təhlükəsini yaradır” və bu qeyri-müəyyənlik Fransa prezidenti Emanuel Makronla bağlı diplomatik anlaşılmazlığa gətirib çıxarıb. Putin Emanuel Makronu 2018-ci ildə Sankt-Peterburqda keçiriləcək iqtisadi forumda iştiraka dəvət edib. Hələlik Yelisey sarayı Kremlə rəsmi cavab verməyib.

Bu arada isə Rusiya prezidenti regional qubernator vəzifələrinə çox diqqətlə “texnokratlar” seçməyə başlayıb. O, 25 sentyabrda 10 qubernatoru işdən çıxarıb və görünür ki, bu davam edəcək. Təəccüblü detala diqqət edək: indi qubernator vəzifəsinə namizədlər əla fiziki forma nümayiş etdirməlidirlər. Məsələn, onlar yeddi metrlik hündürlükdən suya tullanmağı bacarmalıdırlar!

- Telefon terrorizmi

Sentyabr ayının əvvəlindən bütün Rusiya üzrə daha həyəcanlı fenomen yayılıb. Bu “telefon terrorizmi”dir və onun miqyası təsəvvürləri alt-üst edir.

Moskvadan tutmuş Vladivostoka kimi, Rusiyanın bütün iri şəhərlərində binalara bomba qoyulması barəsində məlumatlar gündəlik hadisəyə çevrilib və o, nə məktəblərdən, nə ticarət mərkəzlərindən, nə vağzallardan, nə administrasiya binalarından, nə də ki, xəstəxanalardan yan keçməyib. Bir ay ərzində bütün ölkədə milyonlarla insan təxliyyə olunub, ancaq buna baxmayaraq, heç bir partlayıcı maddənin izinə rast gəlinməyib.

Təhlükəsizlik xidməti orqanları bu hücumu nə izah edə bilirlər, nə də icraçıların kimliyini və onların məqsədinin nədən ibarət olduğunu tapa biliblər. Bu xəbərdarlıqların seçkiqabağı dövrlə bağlı ola biləcəyi istisna edilmir.

Real rəqibinin olmamasına baxmayaraq, hər halda Putin öz yolunda əngəllərlə qarşılaşacaq. Məsələn, hərbi büdcənin hədsiz böyüdülməsi ucbatından dövlətin iqtisadi siyasətindən narazılıq yaranıb. Rusiyanın maliyyə naziri Anton Siluanov bu vəziyyətə qarşı öz açıq etirazını bildirib. İndiki vəziyyət ona 1980-ci illəri xatırladıb. O vaxt hərbi xərclərin əsassız surətdə artırılması SSRİ-nin dağılması ilə nəticələndi. Əlbəttə, bu etirazların praktik effekti həmişə Putinin iradəsindən asılıdır, amma bu xəbərdarlığı inkar etmək olmaz.

Lakin Rusiya prezidentinin bu xəbərdarlığa əhəmiyyət verəcəyi az ehtimal olunur, çünki Kremlin həyata keçirdiyi mühafizəkar sosial siyasət onu “dünya siyası lideri” ranqına qaldırıb.

Krım hadislərindən sonra Vladimir Putin istənilən məntiqi kompromis ideyanı yaxına buraxmaq istəmir.

(“La Libre Belgique”-Belçika)

635x100

Şərhlər

TEST 2017-10-17 00:07:03

fdfdfdfd

Son yazılar