Bakıda iki qadın intihar edib

Bakıda iki qadın intihar edib.

APA-nın məlumatına görə, hadisələrdən biri paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayonun Şərifzadə küçəsi 185 ünvanında yaşayan, 1955-ci il təvəllüdlü Rəhimə Məmmədbağır qızı Abutalıbova yaşadığı evin həyətində kəndirlə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Digər hadisə isə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Qəsəbə sakini, 1965-ci il təvəllüdlü Arifə Əliabbas qızı Şıxəliyeva yaşadığı evdə paltarla özünü asıb.

Hər iki faktla bağlı müvafiq olaraq rayon prokurorluqlarında cinayət işi başlanıb, araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar