Sabah ABŞ-la Türkiyə arasında viza böhranı müzakirə ediləcək

Dərc olunub: 17/10/2017 - 11:16

6446a766-aa55-4fd3-9c74-ed1106aa1155_292Türkiyə ilə ABŞ arasında viza böhranına dair müzakirələr oktyabrın 18-də keçiriləcək.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, problemin həlli ilə bağlı danışıqları iki ölkəni təmsil edən diplomatlar aparacaqlar.

Xatırladaq ki, artıq ABŞ Türkiyəyə qarşı tətbiq etdiyi viza məhdudiyyətini qismən aradan qaldırıb. Bundan sonra müalicə üçün və digər xüsusi hallarda ABŞ-a getmək istəyən Türkiyə vətəndaşlarına viza veriləcək.
Vizanı yalnız ABŞ-ın Ankaradakı səfirliyi və İstanbuldakı Baş Konsulluğu verəcək.
Qeyd edək ki, oktyabrın 16-da ABŞ Dövlət Departameti müşavirinin müavini Conatan Kohen başçılıq etdiyi nümayəndə heyəti Türkiyəyə ikigünlük səfərə gəlib.
Amerikalı diplomatların Türkiyə rəsmiləri ilə Vaşinqtonla Ankara arasında yaranan viza böhranını müzakirə edəcəyi gözlənilir. Hazırki böhranın həll üçün iki ölkənin təmsilçilərindən ibarət komissiyanın yaradılması təklif olunub.
Xatırladaq ki, ABŞ İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzun həbsindən sonra Vaşinqton Türkiyə vətəndaşlarına viza verilməsini dayandırmışdı. Buna cavab olaraq rəsmi Ankara da ABŞ vətəndaşlarına viza verilməsini tam məhdudlaşdırmışdı.
İki ölkə arasında diplomatik böhrana səbəb olan M.Topuz, həyat yoldaşı və qızı ötən gün azadlığa buraxılıb.


loading...




Fikrinizi bildirin