Amerika seçkilərinə internet-müdaxiləyə Ceyhun Aslanov başçılıq edib
Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsinə dair üzə çıxan yeni dəlillərə əsasən bu əməliyyatda sosial şəbəkələrdən də geniş istifadə edilib. Rusiya xüsusi xidmət orqanlarına bağlı trollar Facebook, İnstagram və Twitter-də çoxsaylı qruplar yaradaraq ABŞ-dakı seçki kampaniyasında demokratların əleyhinə təbliğat aparıblar.
Hazırda Rusiya xüsusi xidmət orqanlarının ABŞ seçkilərinə Trampın xeyrinə müdaxilə zamanı sosial şəbəkələrdən də istifadə etməsini xüsusi prokuror Robert Müllerin komandası və Konqresin xüsusi komissiyası araşdırır.Virtualaz.org xəbər verir ki, RBK jurnalının araşdırmasına əsasən Amerika seçkilərinə müdaxilə edən trollara rəhbərlik edən azərbaycanlıdır, onun cəmi 27 yaşı var.
Qrup əsasən Amerikada irqi ayrı-seçkilik problemini qabardıb, habelə qeyri-leqal miqrasiya, silahlara nəzarət və Texasın suverenliyi kimi demokratların əleyhinə olan amma respublikaçı elektorata xoş gələn mövzularda təbliğat aparıb. Amerika seçkilərinə müdaxiləyə hazırlıq 2015-ci ilin yazından başlayıb. Bunu “fabrikin” keçmiş əməkdaşı deyib. Əvvəlcə qrupda 30 adam işləyib, lakin 2016-cı ilin yayında ştat sayı 80-90 nəfərə çatdırılıb. Trollar gecə növbəsində də işləyiblər, amerikalılar isə bu qruplarda qurama xəbərlər paylaşanların okeanın o tayında yerləşdiyindən xəbərsiz olublar.
RBK bildirir ki, trolların illik maaş büdcəsi 1 milyon dollar olub. Vəsaitin xeyli hissəsi Facebok reklamlarına xərclənib.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.