«Pxenyan nüvə müharibəsinə tam hazırdır» - KXDR-n BMT-ı nümayəndəsi

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Koreya Xalq Demokratik Respublikasının (KXDR) Birləşmiş Millətlər Təşkilatındakı (BMT) nümayəndəsi Kim İn Ren bəyan edib ki, hazırda Koreya yarımadasında vəziyyət elə bir mərhələyə çatıb ki, nüvə müharibəsi istənilən anda alovlana bilər.

«Dünyanın diqqətinin yönəldiyi Koreya yarımadasındakı vəziyyət kritik nöqtəyə çatıb və nüvə müharibəsi hər an başlana bilər» - deyə, BMT Təhlükəsizlik Şurasının (TŞ) silahların azaldılması üzrə komitəsində çıxışı zamaı diplomat xəbərdarlıq edib.

Onun sözlərinə görə, 1970-ci ildən üzübəri dünyanın heç bir ölkəsi belə sərt və birbaşa nüvə təhdidinə məruz qalmayıb: "Biz indi ABŞ tərəfindən məruz qalırıq. Amma bu gün, KXDR özünün nüvə arsenalının formalaşması prosesini başa çatdırıb. Bu arsenal ölkəni tamməzmunla nüvə gücünə çevirib. Ölkə həm də nüvə silahını (atom və hidrogen bombalarını) müxtəlif məsafələrə daşımaq üçün «vasitələr»ə, o cümlədər qitələrarası ballistik arketlərə malikdir".

«Birləşmiş Ştatların büttün materik əraziləri bizim zərbələrimizin çatacağı məsafədədir. Əgər ABŞ heç olmasa, bir santimetr bizim müqəddəs ərazimizə soxulsa, dünyanın ixtiyari nöqtəsində amansız cəzadan qaça bilməyəcək» - deyə, Kim İn Ren qeyd edib.

O, bəyan edib ki, Pxenyan nüvə silahından tam şəkildə imtina olunması ideyasını dəstəkləyir : "Amma KXDR-ı hədələyən ABŞ bu sazişi imzalamayana qədər, biz ona qoşulmayacağıq".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar