«ABŞ-n İran və KXDR-a yönəlik mövqeyi dünyanın problemlərini dərinləşdirir» - Lavrov

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) İrana və Koreya Xalq Demokratik Respublikasına (KXDR) yönəlik mövqeyi dünynın problemlərini daha da dərinləşdirir.

Lavrov qeyd edib ki, ABŞ-n İranla bağlanmış nüvə sazişindən çıxması və Koreya yarımadası problemini hərbi yolla həll edəcəyi barədə təhdidi dünyada heç də sadə olmayan vəziyyəti bir qədər də mürəkkəbləşdirir.

«Qarşılıqlı inamın itirilməsinin davam etməsi dərin narahatlıq yaradır ki, bunun bərpası asan olmayacaq. Təəssuf ki, bu neqativ tendensiyalar Birləşmiş Ştatların faktiki olaraq, nüvə sazişindən çıxması və Koreya probleminin hərbi yolla həlli təhlükəsi fonunda bir qədər də dərinləşir» - Lavrov bildirib.

Oktyabrın 13-də ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Tehran nüvə sazişi üzrə öhtəliklərini yerinə yetirməyib və Yaxın Şərqdə terrorçuları dəstəkləməkdə davam edir. O, İranın nüvə silahına yiyələnməsinə mane olmağa çağırıb.

Bunun cavabında İran da ballistik raket yaratmaq proqramını sürətləndirəcəyini vəd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar