DÇ-2018: Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb

Dərc olunub: 17/10/2017 - 17:24

dunya cempionati 20182018-ci il dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. “Report”un məlumatına görə, İsveçrənin Sürix şəhərində təşkil olunmuş tədbirə seçmə mərhələdə qrup 2-cisi olan 8 komanda qatılıb. Püşkatma nəticəsində onlar 4 cütə bölünüblər:

Şimali İrlandiya – İsveçrə

Xorvatiya – Yunanıstan

Danimarka – İrlandiya

İsveç – İtaliya

İlk oyunlar 9 – 11 noyabrda, cavab görüşləri 12 – 14 noyabrda keçiriləcək.

İndiyədək dünya çempionatına 22 ölkə yığması vəsiqə qazanıb:

Avropa: İngiltərə, Belçika, İslandiya, İspaniya, Almaniya, Polşa, Serbiya, Fransa

Cənubi Amerika: Argentina, Braziliya, Kolumbiya, Uruqvay

Şimali Amerika: Kosta Rika, Meksika, Panama

Asiya: İran, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Yaponiya

Afrika: Nigeriya, Misir

Qeyd edək ki, dünya çempionatı gələn il iyunun 14-dən iyulun 15-dək Rusiyada təşkil olunacaq.


loading...




Fikrinizi bildirin