NAZİR MİTİNQƏ QATILAN AKTYORLAR HAQDA: “Dövlətdən mükafat alıb, sonra…”

Dərc olunub: 17/10/2017 - 17:58

DSC_8623“Əfsuslar olsun ki, dövlət mükafatlarını almış bəzi insanlar bu yaxınlarda gedib dövlət əleyhinə çıxışlar zamanı öz səslərini ucaldıblar. Bu, heç bir mədəniyyət işçisinin daxili dünyasının zənginliyinə uyğun deyil”.
“Report”un xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Əgər dövlət bizim əməyimizi qiymətləndirirsə, biz də onu qiymətləndirməliyik. Axırıncı baş verənlər olduqca təəssüfləndirici haldır”, – deyə nazir əlavə edib.

Qeyd edək ki, Milli Şuranın oktyabrın 7-də keçirilən mitinqində əməkdar artistlər - İlqar Cahangir və Ayşad Məmmədov, habelə aktyor Abbas Qəhrəmanov iştirak edib.


loading...




Fikrinizi bildirin