Əfqanıstanda polis məntəqəsinə hücum edilib, 50 nəfər ölüb

Əfqanıstanın şərqindəki Paktiya əyalətinin Qardez inzibati mərkəzində yerləşən polis məntəqəsinə edilən hücum zamanı azı 50 nəfər həlak olub, 200 nəfərə yaxın insan xəsarət alıb.

Musavat.com xəbər verir ki, ölən və xəsarət alanlar barədə “Əl-Mayadin” telekanalı məlumat yayıb.

Qeyd edilir ki, həlak olanlar arasında yerli polis rəisi də var. Hadisənin polis binası qarşısında iki minalanan avtomobilin partladılması nəticəsində baş verildiyi bildirilir.

Partlayışdan sonra silahlıların binanı hücumla ələ keçirmək istədiyi qeyd olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar