“Azərkosmos” nazirliyin tabeliyindən çıxarıldı

Dərc olunub: 17/10/2017 - 19:09

azerkosmos“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindən çıxarılıb.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında” 2010-cu il 3 may tarixli sərəncamında dəyişiklikləri təsdiqləyib.

Dəyişikliklərə əsasən, sərəncamda “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində” sözləri “Azərbaycan Respublikasının” sözləri ilə əvəz edilib, “həyata keçirilməsi” sözlərindən sonra “, habelə beynəlxalq kosmik layihələr çərçivəsində yerinə yetirilən işlərin əlaqələndirilməsi və onlarda iştirak edilməsi, aidiyyəti beynəlxalq təşkilatlarla, həmçinin xarici dövlətlərin kosmik agentlikləri ilə kosmosdan dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq edilməsi” sözləri əlavə edilib.


loading...




Fikrinizi bildirin