Polşa prezidenti Türkiyənin Aİ-yə üzvlüyünü dəstəkləyib

Dərc olunub: 17/10/2017 - 23:24

4Polşa Türkiyənin Avropa İttifaqına üzvlüyünü dəstəkləyir, bu ölkənin hərbi və iqtisadi potensialı Aİ üçün vacibdir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Polşa prezidenti Anjey Duda Varşavada türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla birgə mətbuat konfransında bildirib.

“Türkiyənin Aİ-yə üzv olacağına ümid edirik. Türkiyə çoxdan Aİ-yə üzv olmaq üçün səy göstərir. Türkiyə çalışır və üzv olmağını gözləyir”, – deyə A.Duda bildirib.

Onun sözlərinə görə, Türkiyə təhlükəsizlik nöqteyi-nəzərdən Aİ-nin çox mühüm tərəfdaşıdır: “Bunu heç kimə izah etməyə ehtiyac yoxdur. Türkiyənin hərbi və iqtisadi potensialı Aİ üçün çox vacibdir”.

“Ankara Aİ qarşısında qaçqınlar məsələsinə dair üzərinə götürdüyü öhdəlikləri icra edir”, – deyə Polşa prezidenti qeyd edib.


loading...




Fikrinizi bildirin