Türkiyədə polisin xidməti avtomobilinə terror hücumu - VİDEO
Baxiş sayı:
Dərc olunub:
17/10/2017 - 23:02
Türkiyədə polisin xidməti avtomobilinə hücum edilib. “Anadolu” agentliyinin verdiyi xəbərə görə, Mersin şəhərində polis avtomobili partladılıb. Hadisə yerinə təcili tibbi yardım maşınları və yanğınsöndürənlər cəlb olunub.
Polis avtomobilinin partladılması nəticəsində 17-si polis olmaqla 18 nəfər yaralanıb.Bu barədə Mersin Valiliyindən bildirilib.
İHA-nın yaydığı məlumatda bildirilir ki, partlayıcı qurğu zibil qutusunda quraşdırılıb. Polis avtomobili zibil qutusunun yanından keçən anda partlayıcı qurğu məsafədən işə salınıb.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.