Gənc qız Bakı metrosunda intihara cəhd etdi - FOTO

Metronun "Nərimanov” stansiyasında təxminən 20-22 yaşlarında olan qız özünü qatarın altına atmaq istəyib.

"AzPolitika" Yeniçağ.az-a istinadla xəbər verir ki, hadisə bu gün saat 19 radələrində baş verib.

Ətrafdakıların yardımı ilə qızı xilas etmək mümkün olub.

Gərgin vəziyyətdə olduğu müşahidə olunan qız xilas olduqdan sonra halsız halda yerə yıxılıb.

Metro bələdçisinin çağırışı ilə hadisə yerinə gələn həkim qıza ilk tibbi yardım göstərib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar