«Rusiyanı dayandırmaq və cəzalandırmaq lazımdır» - Boris Conson

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Böyük Britaniyanın xarici işlər naziri Boris Conson deyib ki, Rusiyanı dayandırmaq və cəzalandırmaq lazımdır.

Diplomat hesab edir ki, Birləşmiş Krallıq Rusiya ilə normal münasibətlər qura bilməz. Buna səbəb kimi, Conson Rusiyanın Ukrayna və Suriyadakı fəaliyyətini önə çəkib.

Bununla bərabər, Conson bildirib ki, Böyük Britanya hökuməti Moskva ilə mümkün olan bütün sahələrdə əməkdaşlıq qurmağa hazırdır.

Conson onu da qeyd edib ki, Böyük Britaniya «məhvedici və dağıdıcı fəaliyyətinə görə, Rusiyanı dayandırmalı və cəzalandırmalıdır». Conson Rusiyanın «dağıdıcı» fəaliyyətini təsdiqləyən heç bir sübut ortaya qoymayıb. Amma qeyd edib ki, ölkənin infrastrukturuna olan hücumlara Rusiyanın əlaqəsini təsdiqləyən heç bir sübut ortada yoxdur.

«Biz, bu sferada Rusiyanın fəaliyyətini izləməkdə davam edirik. İndiki halda biz, Rusiyanın Böyük Britaniyaya hər-hansı kiberhücumunu üzə çıxara bilmirik» - deyə, Conson bəyan edib.

Britaniyanın xarici işlər naziri yaxın vaxtda Rusiyaya rəsmi səfərə gəlməlidir. Qeyd olunur ki, səfər zamanı müzakirə olunacaq mövzular arasında nəinki ikitərəfli məsələlər, həm də beynəlxalq proseslər, xüsusilə də Yaxın Şərqdəki mövcud vəziyyət ola bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar