Britaniya Kataloniyanın müstəqillik bəyannaməsini tanımır

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Böyük Britaniyanın Baş naziri Tereza Mey İspaniyalı həmkarı Mariano Raxoya bəyan edib ki, onun ölkəsi Kataloniyanın müstəqilliyi barədə bəyannaməni tanımaq fikrində deyil. Bunu Baş nazirin rəsmi nümayəndəsi xəbər verib.

«Baş nazir təkrar edib ki, Böyük Britaniya dərk edir - bu referendumun hüquqi bazası yoxdur və müstəqilliyin birtərəfli qaydada elan olunması qanunla ziddiyyət təşkil edəcək. O, əlavə edib ki, Böyük Britaniya Kataloniyanın müstəqilliyi barədəki hər-hansı bəyannaməni tanımır» - deyə, nümayəndə bildirrib.

Oktyabrın 1-də Kataloniyada müstəqillik referendumu keçirilib. Referenum İspaniya hakimiyyəti və Konstitusiya məhkəməsi tərəfindən qanunazidd elan olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar