İLQAR MƏMMƏDOVUN PARTİYASINA AĞIR İTKİ - Erkin Qədirli siyasətdən getdi

Hüquqşünas, Bakı Dövlət Universitetinin müəllimi Erkin Qədirli Respublikaçı Alternativ Hərəkatının (ReAl) partiyaya çevrilməsindən sonra siyasətlə məşğul olmayacağını bəyan edib.

Bu barədə o, özünün feysbuk səhifəsində yazıb. E.Qədirli bildirib ki, təşkilatda qalsa da, rəhbərlikdə təmsil olunmayacaq:

Siyasətə girəndən, özümdən heç xoşum gəlmir. Amma problem xoşluqda deyil. Ağlım başqa cür işləyir - məndən siyasətçi çıxmaz. Peşəmdən daha çox uzaqlaşmamaq, ona daha çox ziyan vurmamaq üçün, yavaş-yavaş siyasətdən dönürəm. Hüquqa qayıdıram. Bu ölkədə siyasət mənlik deyil. ReAl-da qalıram - dostlara yardım etmək üçün. Amma ReAl-ın qurultayından sonra qurulacaq rəhbər vəzifələrdə olmayacağam”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar