"Qarabağ" - "Atletiko" matçı qrupda ən çox tamaşaçı toplayan qarşılaşma olub

"Qarabağ"ın İspaniya "Atletiko"su ilə keçirdiyi Çempionlar Liqasının qrup mərhələsinin III tur matçını 47923 tamaşaçı izləyib.

"Report"un məlumatına görə, Bakı Olimpiya Stadionunda təşkil olunmuş görüş C qrupunda turun ən yüksək göstəricisi olub. Ümumilikdə isə bu oyun 6-cı yerdə qərarlaşıb.

İngiltərənin paytaxtı Londondakı "Stemford Bric" stadionunda "Çelsi" ilə İtaliya "Roma"sı arasında oynanılmış qarşılaşmada tamaşaçı sayı 41105 nəfər olub. Matç 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.

Birinci yeri İspaniyanın paytaxtı Madriddəki "Santyaqo Bernabeu" stadionunda "Real Madrid"lə İngiltərə "Tottenhem"inin 1:1 hesablı heç-heçə etdiyi matç tutub. Oyuna 76589 nəfər baxıb.

Almaniyanın Münhen şəhərindəki "Alyans Arena" 70000 tamaşaçı ilə ikinci olub. Həmin stadionda "Bavariya" Şotlandiya "Seltik"inə 3:0 hesabı ilə qalib gəlib.

Portuqaliyanın paytaxtı Lissabondakı "Estadio da Luj"da "Benfika" ilə İngiltərə "Mançester Yunayted"inin üz-üzə gəldiyi matça 57684 nəfər baxıb. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0.

55026 tamaşaçı "Kamp Nou"da İspaniya "Barselona"sının Yunanıstan "Olimpiakos"una 3:1 hesabı ilə qalib gəldiyi görüşü, 48520 nəfər İngiltərədə "Mançester Siti"nin İtaliya "Napoli"sini 2:1 hesabı ilə yendiyi matçı izləyib.

Ən az tamaşaçı isə Fransa "Monako"sunun Türkiyə "Beşiktaş"ına 1:2 hesabı ilə uduzduğu görüşə təsadüf edib - 7403 nəfər.

Qeyd edək ki, "Qarabağ" - "Atletiko" matçı turun qolsuz yekunlaşan yeganə qarşılaşması olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar