Mərkəzi Bank büdcəyə 250 mln. manat köçürüb
Baxiş sayı:
Dərc olunub:
19/10/2017 - 11:43
Cari ilin 9 ayında dövlət büdcəsinin mədaxili 12 mlrd. 45,1 mln. manat, xərcləri 12 mlrd. 783,7 mln. manat olub.
Maliyyə Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, büdcə kəsiri 783,6 mln. manat təşkil edib.
Bu ilin 9 ayında dövlət büdcəsinin mədaxili 12,019 mlrd. manat proqnoza qarşı 12 mlrd. 45,1 mln. manat və ya 0,2% çox icra olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,942 mlrd. manat və ya 19,2% çoxdur.
Sair daxilolmalar üzrə büdcəyə 323,2 mln. manat, bundan 250 mln. manat vəsait Azərbaycan Mərkəzi Bankının sərbəst mənfəətindən transfert şəklində daxil olub.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.