Elmar Qasımov Orta Doğu Texniki Universitetinin rektoru ilə görüşüb - FOTO

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Türkiyənin Orta Doğu Texniki Universitetində (ODTU) olub.

BANM-in Ümumi işlər üzrə prorektoru Rəşad Həsənovun da iştirak etdiyi səfərdə E.Qasımov və ODTU-nin rektoru Mustafa Verşan Kök, prorektorlar Dilək Sanin, Mehmet Zeyrək, Meleha Altunışıq arasında görüş keçirilib.

Görüşdə iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

Görüşdə tərəflər arasında ODTU-nin Elektrik Elektronika Mühəndisliyi və Kompüter Mühəndisliyi ixtisaslarının əsasında BANM-də eyni adlı ixtisasların açılması haqda razılıq əldə edilib.

Səfər zamanı həmçinin, təhsil müəssisələri arasında ikili diplomun verilə bilməsi imkanları müzakirə olunub. E.Qasımov bu məqsədlə ODTU-nun rektoru Mustafa V.Kökü yaxın zamanda BANM-ə dəvət edib.

Bildirilib ki, səfər BANM və ODTU tələbələri arasında mübadilə proqramının həyata keçirilməsi işlərinin başlanmasına təkan verib. ODTU-nun rəhbərliyi BANM-in fəaliyyətini və qısa müddətdə əldə etdiyi uğurları yüksək qiymətləndirərək Ali Məktəbə böyük maraqlarının olduğunu vurğulayıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar