“Hakim “Qarabağ”ın penaltisini vermədi” - İspaniyalı sabiq FİFA referisi

Çempionlar Liqasının qrup mərhələsində keçirilən “Qarabağ” – “Atletiko” (0:0) matçının 75-ci dəqiqəsində baş verənlər İspaniyada geniş müzakirə mövzusuna çevrilib. Apasport.az saytının AS nəşrinə istinadən məlumatına görə, Ağdam təmsilçisinin hücumçusu Dino Ndlovunun qırmızı vərəqə aldığı epizodu dəyərləndirənlər arasında məşhur ispaniyalı hakim İturralde Qonzales də olub.

1998-2012-ci illər aralığında FİFA referisi kimi fəaliyyət göstərmiş sabiq hakim cərimə meydanı daxilində “Atletiko”nun müdafiəçisi Dieqo Qodinin “Qarabağ”ın forvardını vurduğunu düşünür. O, fransalı baş hakim Ruddi Bukenin yanlış qərar verdiyini söyləyib: “Həmin epizodda simulyasiya yox idi. Qodin rəqib hücumçunun ayağına zərbə vurdu, hakim penalti təyin etməli idi”.

50 yaşlı mütəxəssis qarşılaşmanın son dəqiqələrində Fernando Torresin hakimdən penalti tələb etməsini isə yersiz sayır: “Torres rəqib oyunçusunun müdaxiləsinə qədər vəziyyəti itirmişdi. Orda penaltilik bir şey yox idi”.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən “Qarabağ” – “Atletiko” görüşünün 75-ci dəqiqəsində baş hakim Dino Ndlovunun simulyasiya etdiyini əsas gətirərək, onu ikinci sarı vərəqə ilə meydandan qovub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar