Yunanıstanın baş naziri Türkiyəni dəstəklədi - NATO-da qalmalıdır

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Yunanıstanın Baş naziri Aleksis Tsipras bəyan edib ki, Ankara «Avropa perspektivinə oriyentasiya etməkdə davamlı olmalıdır».

«Türkiyə NATO-da qalmalı və Avropa oriyentasiyalı yoluna davam etməlidir» - deyə, çərşənbə axşamı Yunanıstvnın Baş naziri Aleksis Tsipras Amerika Birləşmiş Ştatlarının (ABŞ) Preidenti Donald Trampla Ağ Evin «Gül bağı»nda keçirdikləri birgə mətbuat konfransında bildirib.

«Türkiyəyə yönəlik naratlığımıza baxmyaraq, biz, Türkiyənin Avropa kursunu dəstəkləməkdə davam edirik. Biz, regional güc olaraq, ona hörmətlə yanaşırıq. Hesab edirik ki, Türkiyə Avropa perspektivinə oriyentasiyanı və NATO ilə əməkdaşlığı davam etdirməlidir» - Tsipras bildirib.

Baş nazir qeyd edib ki, «problemlərə və çətinliklərə baxmayaraq, Yunanıstan Türkiyə ilə dialoqu davam etdirir». Onun fikrincə Avropa perspektivi Türkiyə üçün cəmiyyətin demokratikləşməsi yolunda hansısa bir təzyiq rıçaqına çevriləcək.

«Eyni zamanda, biz qeyd edirik ki, Türkiyənin Egey dənizində təhlükəli hərəkətlərinə son verilməlidir. Bu hərəkətlər hər gün iki NATO üzvü arasında münasibətləri korlayır. Qərb dövlətləri ilə həmkarlıq müəyyən öhdəlikləri, ən əsası isə beynəlxalq hüquqa hörmətlə yanaşmağı özündə ehtiva edir» - deyə, Tsipras qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar