PKK Kərkükün qəsəbələrindən birində Türkmən Cəbhəsinin qərargahını yandırıb

Kərkükün şimal qərbində yeləşən Altınköprü qəsəbəsində yerləşən Türkmən Cəbhəsi təşkilatının qərargahı peşmərgə tərəfdarları tərəfindən yandırılıb. Musavat.com xəbər verir ki, qərərgahı yandıran terrorçular mühafizə xidmətçisini də əsir götürüb. İraq Türkmən Cəbhəsinin Kərkük üzrə rəhbəri Mehmet Seman Ağaoğlu, İraq hökumətini bölgədəki təhlükəsizliyi təmin etməyə çağırıb.

Digər tərəfdən də Kərkükdə kürdlərin Haşdi Şabiyə qarşı yenidən hücum etməsi nəticəsində 3 məhəllədə kontrol kürdlərin əlinə keçib.

Son məlumatlara görə, Kürd qruplaşmaları, Kərkükün mərkəzindəki Penca Ali və Şorice məhəllələrini də ələ keçirib. Baş verən son hadisələrə Bərzani də dəstək verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar