ASALA terrorçusu Fransada məhkəmə qarşısında

Avrasiya Araşdırmalar Mərkəzinin fransalı təhlilçisi, tarixçi Maksim Qauin keçmiş ASALA terrorçusu Ara Toranyan və Lion şəhərində erməni diasporunun xəzinədarı hesab olunan Samuel Tilbiyana qarşı məhkəmə iddiası qaldırıb.

Virtualaz.org “Milliyet”ə istinadən xəbər verir ki, tarixçi əvvəllər türk diplomatlara qarşı hücumlar təşkil etməkdə ittiham olunan Tilbiyandan ona etdiyi həqarət və təhqirlərə görə Paris məhkəməsinə müraciət edib. Qauin bundan əvvəl də Fransadakı Erməni İnqilabçı Federasiyası üzvlərini həqarət və iftiralarına görə məhkəməyə vermişdi.

Fransadakı ifrat millətçi ermənilər tərəfindən daim təhdidə məruz qaldığını bildirən Qauin qeyd edib ki, 6 il öncə məhz bu səbəbdən Türkiyəyə köçmək məcburiyyətində qalıb: “2011-ci ildən bu yana Orta Doğu Texniki Universitetində doktorantam. Tarixi Kilikya bölgəsində fransız-erməni iş birliyi və İstiqlal Müharibəsi illərində Fransa-Türkiyə əlaqələri ilə bağlı araşdırmalar aparıram. Fransadakı təzyiqlər üzündən 2011-ci ildə Türkiyəyə gəlmək məcburiyyətində qaldım. Türk mənbələrin haqlı olduğunu görüncə bunu hər yerdə söyləməyə başladım. Bu vəziyyət ifrat millətçi erməni diaspor üzvlərini narahat etməyə başladı. Köhnə ASALA terror təşkilatının təhdid və həqarətlərini Fransa məhkəməsinə çıxarmağa qərar verdim. Bundan əvvəl iki belə məhkəmə işində qalib gəldim”, - deyə M.Qauin bildirib.

Qauin həmçinin qeyd edib ki, 2010-cu ildə Lion şəhərində onu yəhudiləri Auşvits həbs düşərgəsinə göndərən faşistlərlə müqayisə edən Erməni İnqilabçı Federasiyası üzvünə qarşı məhkəməni udub. İndi isə məhkəmə iddiası qaldırdığı Ara Toranyan və Sam Tilbiyan onun fəaliyyətini yəhudi soyqırımının inkarı ilə müqayisə edirlər: “Fransada yəhudi soyqırımının inkarı cinayətdir, mənim tarixi tezislərimin isə cinayət bağlılığı yoxdur. Məhkəmənin lehimizə çıxaracağı qərar ifadə azadlığı üçün yeni bir zəfər anlamına gəlir”, - deyə tarixçi bildirib.

Xatırladaq ki, 1975 və 1985-ci illərdə xaricdə türk diplomatlarına qarşı suiqəsdlər təşkil edən erməni terror təşkilatı ASALA 1982-ci ildə Ankarada Esenboğa hava limanını qana bulayıb. Hava hücumunda 7-si türk, 1-i alman və 1-i amerikalı olmaqla 9 nəfər həlak olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar