«Konqresmenlər Myanmaya qarşı sanksiya tətbiqinə çağırdılar» - «Röyter»

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Nümayəndələr Palalasının 40 nəfərdən artıq konqresmeni rohincə xalqına yönəlik yeritdiyi genosid-siyasətə görə, Myanmaya qarşı sanksiyaların tətbiqi çağırışı ilə dövlət katibi Reks Tillersona məktub göndərib.

Bu barədə xəbəri «Röyter» agentliyi yayıb.

Agentliyin məlumatına görə, qanunvericilər Myanmaya qarşı ABŞ-ın 2016-cı ildə ləğv edilmiş sanksiyalarının qaytarılmasına və bu ölkədə vəziyyətin gərginləşməsinə cavabdehlik daşıyanlara qarşı fərdi sanksiya tədbirlərinin görülməsinə çağırıblar.

«Biz, ölkədə zorla saxlananların və ya geriyə qayıtmaq istəyənlərin (rohincələrin - red.) müdafiəsi üçün mümkün olan hər şeyi etməyə çağırırıq» - məktubun mətnində qeyd olunur.

Birləşmiş Millətlər Təşkilatı (BMT) Ali Komissarının qaçqınların işi üzrə İdarəsinin məlumatına görə, Myanmadan Banqladeşə qaçan rohincə xalqı nümayəndələrinin sayı 582 min nəfər təşkil edir.

Müsəlman rohincələrin yığcam yaşadıqları Rakhayn ştatında vəziyyət avqustun 25-də kəskin şəkildə gərginləşib. O zaman «Rohincələrin xilası üzrə Arakan ordusu» ərazinin 30 polis dayaq məntəqəsinə hücum edib. Bundan sonra, Myanma təhlükəsizlik qüvvələri bölgədə güc əməliyyatlarına başlayıbar.

Məsələnin mahiyyəti belədir ki, Myanma hakimiyyəti rohincələri Banqladeşdən olan qeyri-leqal miqrantlar hesab edir və əsrlər boyu bu ərazilərdə yaşamasına baxmayaraq, onların vətəndaşlıq hüququnu tanımır.

Rakhaynda dini zəmində müsəlmanlar və butpərəstlər arasında dəfələrlə toqquşmalar baş verib. Son illər minlərlə insan zorakılığın qurbanı olub.

Myanma hakimiyyətinin məqsədi ölkə ərazisini müsəlman rohincələrdən təmizləməkdən ibarətdir. Bu məqsədlə, hakimiyyət qüvvələri bu xalqa qarşı görünməmiş amansız hücumlar təşkil edir, çoxsaylı insanları qətlə yetirir, rohincələrin yaşayış məntəqələrini kütləvi surətdə yandırır...

Dünya bütpərəstlərinin lideri Dalay Lamanın bütün bu vəhşiliklərə göz yumaraq, «balıq kimi susması»nın isə ilginc səbəbləri var. Bu, ayrıca və geniş məqalənin mövzusudur...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar