İraq hökuməti İraq Kürdüstanını neft müqavilələrindən məhrum etdi

İraqın Neft Nazirliyi xarici şirkətlərə İraq Kürdüstanı ilə hər hansı neft və qaz müqavilələrinin bağlanmaması barədə xəbərdarlıq edib.Avropa.info xəbər verir ki, İraq hökuməti bağlanacaq hər hansı müqavilənin qanunsuz hesab edəcək. İraq Neft Nazirliyinin bəyanatında deyilir ki, federal hökumətin və nazirliyin icazəsi olmadan neft-qaz müqavilənin bağlanması İraqın daxili işlərinə kobud müdaxilə, milli suverenliyin pozulması və beynəlxalq normaların pozuntusu sayılacaq.

Şərtlər pozulduğu təqdirdə nazirlik və hökumət ölkənin milli sərvətlərinin müdafiəsi üçün yerli və beynəlxalq məhkəməyə müraciət hüququnu özündə saxlayacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar