İranın «nüvə sazişi»nin perspektivi müzakirə olunub - Moskva və Tehran arasında

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, İranın nüvə proqramının tənzimlənməsi haqqında «Birgə hərtərəfli fəaliyyət planı» (BHFP) üzrə gələcək fəaliyyət İran və Rusiya arasında müzakirə olunub.

Bu barədə cümə axşamı Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabov və İran İslam Respblikası (İİR) xarici işlər nazirinin müavini Abbas Arakçı arasında keçirilmiş görüşün nəticələrinə əsasən bəyan edilib.

«Tərəflər BHFP ətrafında yaranmış vəziyyət barədə dərin fikir mübadilsəsi aparıblar. Bu zaman Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın sazişə yönəlik son günlərdəki davranışı xüsusilə diqqət mərkəzində olub. İranla Rusiyanın bu istiqamətdə gələcək fəaliyyətinin koordinasiyası və ikitərəfli əməklaşlığın inkişaf etdirilməsi məsələlərinə baxılıb» - bəyanatda deyiir.

«Ryabov BHFP üzrə Rusiyanın öz öhdəliklərini yerinə yetirəcəyinin davamlı olacağını təsdiqləyib» - deyə, Rusiya XİN-də qeyd ediblər.

«Qarşılıqlı maraq doğuran bəzi digər aktual məsələlər də müzakirə obyekti olub» - deyə, Smolensk meydanında (Rusiya XİN - red.) bildiriblər.

«Ötən həftə Tramp İranın məlum saziş üzrə öhdəliklərini yerinə yetirdiyini təsdiqləməkdən imtina etdiyini bildirib. ABŞ Prezidenti Vaşinqtonun İrana yönəlik yeni strategiyasını ortaya atıb və bildirib ki, sazişə müəyyən dəyişikliklər edilməsinə çalışacaq. Bundan başqa, ABŞ İranın İslam inqilab keşikçiləri Korpusunu «terrorçuluğa dəstək verən» təşkilatların siyahısına daxil edib».

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar