“Rusiya Ukrayna ilə dialoqu bərpa etməyə hazırdır” - Putin

Rusiya Ukrayna ilə konstruktiv dialoqu bərpa etməyə hazırdır, Rusiya üçün sərhədində heç bir münaqişə gərək deyil. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin “Valday” diskussiya klubunun toplantısında çıxışı zamanı bildirib.

“Gəlin konstruktiv, məzmunlu, diplomatlar demişkən, substantiv dialoqa qayıdaq. Biz hazırıq, bunu böyük məmnuniyyətlə edəcəyik, bu nə qədər tez baş versə, o qədər yaxşıdır”, - deyə Putin qeyd edib.

“Rusiya Ukraynanın simasında dost dövlət görmək istəyir”, - deyə Rusiya prezidenti əlavə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar