Rusiyada və Meksikada neft hasilatı – Hindistan xilasedici rolunda

Rusyada neft və onun hasilatının uzun bir tarixi var. 1853-cü ildə İqnati Lukaseviç və Yan Zex Lvov şəhərində kerosin lampası quraşdırmış və özlərinin yeni icadları sayəsində küçələri işıqlandırmışdılar. Kerosinə böyük tələb yaranmışdı və Bakı şəhərinin ətrafında ilk dəfə aktiv neft hasilatına başlanmışdı.

Oktyabr inqilabından sonra, 1918-ci ildə neft sənayesi milliləşdirildi. 1930-cu illərdə Povoljyedə və Uralyanı ərazilərdə yeni neft yataqları kəşf edildi. 1960-cı illərdə Qərbi Sibirdə zəngin neft yataqları aşkarlandı və onun istismarına başlandı. Bu ehtiyatlar sayəsində Rusiya dünyada ən çox neft hasil edən ölkələrdən birinə çevrildi.

2011-ci ildə Amerikanın neft şirkəti “Exxon Mobil” “Rosneft” şirkəti ilə Rusiyanın Arktik şelfindəki yataqlardan müştərək neft çıxarılması ilə əlaqədar müqavilə imzaladı. Lakin anti-Rusiya sanksiyaları çərçivəsində Vaşinqton “ExxonMobil” şirkətinə Rusiya Federasiyası ərazisində müştərək layihələrin reallaşdırılmasına və qazma işlərinin aparlmasına qadağa qoydu.

Vladimir Putinin sonuncu Hindistan səfərində bu ölkənin baş naziri ilə keçirilən görüşdə Rusiyanın Arktik şelfində ”Exxon Mobil”-in əvəzinə Hindistan şirkətləri ilə müştərək neft çıxarılması ilə bağlı saziş imzalanıb. Ekspertlərin dəyərləndirmələrinə görə, Arktikadakı neft və qaz ehtiyatı dünyanın ən iri yataqlarındakı ehtiyatları ötüb keçəcək. Arktik layihəsinin uğurlu olması Sibirdəki karbohidrogen ehtiyatlarının azalmasını kompensasiya etməyə imkan verəcək.

Bu il Rusiya sutkada 10 milyon bareldən çox neft hasil edir. İl ərzində bəzən elə aylar olub ki, çıxarılan neft həcminə görə, Rusiya neft hasilatı üzrə dünya lideri olan Səudiyyə Ərəbistanını da üstələyib. Amma Rusiyanın əksinə olaraq, Meksikada neft sənayesi başqa yolla inkişaf edib. Hasilat daima artırılıb. Meksikadakı neft yataqları 1938-ci ildə milliləşdiriləndən sonra ilk növbədə xarici şirkətlər tərəfindən tikilib qurtarılmamış obyektlərdəki işlər sona çatdırılmışdı. Artıq 1940-cı ildə ölkədə iqtisadi böyümə başlamışdı. Hökumətin tez-tez dəyişilməsinə baxmayaraq, illik iqtisadi böyümə tempini 6% səviyyəsində saxlamaq mümkün olmuşdu. Gündəlik neft hasilatı bir milyon barelə yüksəldildi, sonra isə bu göstərici 2 milyon barelə kimi artırıldı.

1982-ci ildən sonra iqtisadi böyümə ləngidi və 2%-ə kimi düşdü. Onda Meksikadakı neft hasilatı gündəlik 2,5 milyon barel təşkil edirdi. Hökumətin planında bu göstəricinin gündəlik 3 milyon barelə çatdırılması vardı. Amma hasilatda böyümə baş vermədi. Əksinə, həcm azaldı və göstərici 2 milyon barelin altına endi.

Neft və qazın emal olunması daha da azaldı. Bu neft-kimya sənayesinin özəlləşdirilməsindən sonra baş verdi. İşlək haldakı altı neft emalı zavodu özünün yalnız yarı gücü ilə işləyə bilir. Hökumətin fəaliyyəti özünün səmərəsizliyini bariz şəkildə nümayiş etdirdi.

Bu hadisələrdən belə bir nəticə çıxarmaq olar: Rusiya Arktikadakı qazma qurğularında texniki problemləri Hindistan texnologiyasının köməyi ilə həll etməyi planlaşdırır. Texniki yardım üçün Hindistana digər ölkələr də müraciət edirlər. Məsələn, 2003-cü ildə ABŞ və Kanadanın ərazisində böyük miqyaslı elektrik kəsintiləri baş vermişdi. Yerli mühəndislər qəzanı ortadan qaldıra bilmirdilər. Çünki onların briqadasının elektrikə ehtiyacları vardı, o isə yoxdu. Kömək üçün hindistanlı mühəndislərə müraciət olundu. Ona görə ki, hindlilərin texnologiyası elektriksiz də bərpa işləri aparmağa imkan verirdi. Hindistanlı mütəxəssislər operativ şəkildə elekrik şəbəkəsinidəki işləri yoluna qoydular.

Həmçinin Çin də öz texnologiyası olmayan sahələrdə Hindistanın yüksək texnologiyasından istifadə edib. Bütün bunların hamısı Hindistanın yüksək texnoloji potensiala və digər ölkələrin problemlərini həll etmək qabiliyyətinə malik olmasından xəbər verir.

Meksika hökuməti Donald Tramp administrasiyası ilə fikir ayrılığına görə, kömək məqəsədiylə Çinə müraciət etməyi qərara alıb. Bu yaxınlarda Meksika hökumətinin nümayəndə heyəti Çinə səfər edib. Nümayəndə heyətindən heç kimin ağlına Hindistana səfər etmək ideyası gəlmir. Deməli, hökumət Hindstanın yüksək texnologiyaya yiyələnməsi barəsində məlumatsızıdır.

(La Jornada-Meksika)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar