GƏLƏN İL 2,3 MİLYARD XARİCİ BORC QAYTARILCAQ - 442 milyonu Beynəlxalq Bankındır

2018-ci ilin dövlət büdcəsində dövlət borclarına xidmətlə bağlı xərclər (əsas borc və faizlər üzrə xərclər) üçün 2 mlrd. 262,8 mln. manat vəsait nəzərdə tutulub ki, bu da 2017-ci illə müqayisədə 621 mln. manat və ya 37,8% çoxdur."APA-Economics" xəbər verir ki, bu barədə 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında qeyd edilib.

Sənəddə vurğulanıb ki, bu artım əsasən "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) sağlamlaşdırılma tədbirləri çərçivəsində qəbul edilmiş könüllü restrukturizasiya planına uyğun olaraq dövlətin üzərinə keçmiş xarici kreditorlar qarşısında olan öhdəliklərinə xidmət olunması ilə bağlı xərclərin 208-ci ilə düşən hissəsi (441,9 mln. manat) ilə əlaqədardır.

Belə ki, 2017-ci ilin 1 sentyabr tarixində Azərbaycan hökuməti tərəfindən 2 mlrd. 265,9 mln. dollar həcmində emissiya edilmiş xarici valyutada denominasiya olunan dövlət istiqrazları İrlandiya fond birjasında qeydiyyata alınıb və ABB-nin kreditorlarına təqdim olunub. ABB-nin kreditorlar qarşısında öhdəliklərinin dövlətə ötürülməsi üçün "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanununda dəyişikliklər edilərək, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 4 mlrd. manat məbləğində artırılıb. Göstərilən dövlət istiqrazlarının buraxılması dövlət borcunun nisbətinə artması ilə nəticələnsə də, hazırda dövlət borcu dayanıqlı səviyyədə

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar