Hay-küyə səbəb olan layihə Milli Məclisin gündəliyindən çıxarıldı

Dərc olunub: 20/10/2017 - 19:23

milli-meclis-12“Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişiklik layihəsi Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasının gündəliyindən çıxarılıb. “Report”un xəbərinə görə, Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, qanun layihəsinin hazırlanması gecikib, ona görə də gündəlikdən çıxarılıb.

Dəyişiklik layihəsində bir sıra məhkəmə çəkişmələrində nümayəndəlik institutunun vəkillik institutu ilə əvəzlənməsi nəzərdə tutulur, vəkillik institutunun daha da gücləndirilməsi təklif edilir. Bundan başqa, kassasiya instansiyasında, yəni Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına yol verilməyəcək.

Həmçinin, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişiklik layihəsi də gündəlikdən çıxarılıb.


loading...




Fikrinizi bildirin