MTRŞ bir TV-yə peyk yayımı, 10 şirkətə isə İP TV yayımı üçün lisenziya verib

Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.MTRŞ-dan APA-ya verilən məlumata görə, iclasda teleradio yayımı üçün lisenziya verilməsi barədə 11 hüquqi şəxsin müraciətinə baxılıb.

İclasda “Muz TV Azərbaycan” MMC-yə peyk yayımı üçün, “AZTELEKOM” MMC-yə, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi MMC-yə, “CLİP TV” MMC-yə, “MetroNet” MMC-yə, “AzFiberNet” MMC-yə, “Rahat Telecom” MMC-yə, “FARAON – 1” MMC-yə, “Qafqaznet” MMC-yə, “Teleport” MMC-yə, “Netpoint” MMC-yə İP TV yayımı üçün lisenziya verilməsi barədə qərar qəbul edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar