Cəmil Həsənli mətbuat konfransı keçirəcək

Tədbirdə seçkiqabağı siyasi durumla bağlı Milli Şuranın aralıq hesabatı da açıqlanacaq

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli oktyabrın 7-də mətbuat konfransı keçirəcək.

Bu barədə "musavat.com"a namizədin seçki qərargahından bildirilib. Saat 16.00-da Müsavat Partiyasının qərargahında keçiriləcək tədbir 09 oktyabrda keçiriləcək prezident seçkiləri ilə bağlı təbliğat- təşviqat kampaniyasının yekunları və seçki günü öncəsi vəziyyətlə bağlıdır.

Mətbuat konfransında həmçinin 9 oktyabr 2013-cü ildə keçriləcək Azərbaycan Respublikası prezident seçkiləri ilə bağlı seçkiqabağı siyasi durum və təşviqat kampaniyasının nəticələri barədə Demokratik Qüvvələrin Milli Şurasının aralıq hesabatı açıqlanacaq. (musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar