Putin BMT-yə alternativ görmür

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin bəyan edib ki, bu günə olan vəziyyətə özünün universal legitimliyi ilə dünyada Birləşmiş Millətlər Təşkilatına (BMT) alterativ yoxdur.

«BMT-nin islahatlara ehtiyacı var, amma islahatlar tədricən həyata keçirilməlidir» - Putin bəyan edib.

Prezidentin sözlərinə görə, BMT özünün universal legitimliyi ilə beynəlxalq sistemin mərkəzi olaraq qalmalıdır və hamının vəzifəsi onun nüfuzunun və effektliliyinin qaldırılmasından ibarət olmalıdır.

«Bu gün BMT-yə alternativ yoxdur» -deyə, Rusiya lideri «Valday» klubunun yekun diskussiyasının gedişindəki çıxışı zamanı qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar