«Avropa əvvəldən fikirləşməli idi» - Putin Kataloniyadakı vəziyyət barədə

«AzPolitika.info»nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin «Valday» forumunun sessiyasında Kataloniyadakı mövcud durumu şərh edib.

Onun sözlərinə görə, Moskvada hesab edirlər ki, İspaniya rəhbərliyi bu istiqamətdə addımlar atır.

«Kataloniya ilə bağlı vəziyyət göstərdi ki, hamı yekdilliklə müstəqillik tərəfdarlarını pisləyir. Avropa əvvəldən, hələ ziddiyyətli proseslər başlayan zaman fikirəşməli idi» - deyə, Putin qeyd edib.

Oktyabrın 19-da İspaiyanın hökumət başçısı Mariano Raxoyun «muxtariyyətin müstəqilliyi elan olunubmu?» sualına cavab vermək üçün, Kataloniya lideri Karlos Puçdemona ayrılmış vaxt başa çatıb. Puçdemon ismarışında bəyan edib ki, muxtariyyətin müstəqilliyin elan edilməsinin dayandırılması qüvvədə qalır. Amma bildirib ki, əgər İspaniya hökuməti dialoqdan imtinanı və regional hakimiyyətə təzyiqləri davam etdirərsə, Kataloniya parlamenti muxtariyyətin müstəqilliyini səsverməyə çıxaracaq.

İspaiyanın nazirlər soveti oktyabrın 21-də konstitusiynın 155-ci malləsinin tətbiqi prosedurunu başlatmaq məqsədilə, fövqəladə iclasa toplaşacaq. Bu konstitusiya maddəsi Kataloniyanın özünüidarəsini məhdudlaşdırır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar