ATƏT Parlament Assamleyasının yeni prezidenti məlum olub

“Avropa Gürcüstanı” partiyasının liderlərindən biri, Mixeil Saakaşvilinin qurucusu olduğu “Vahid milli hərəkat” partiyasının sabiq üzvü Qiqi Tsereteli ATƏT Parlament Assamleyasının prezidenti olub.

APA-nın “apsny.ge”-yə istinadən verdiyi xəbərə görə, bu barədə “Avropa Gürcüstanı” partiyasının üzvü Otar Kaxidze bildirib.

“Bu Gürcüstanın təhlükəsizliyi və imici, eləcə də beynəlxalq aləmdə ölkəmizin qarşısında duran çağırışlar baxımından çox önəmli hadisədir”, deyə O.Kaxidze.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar