Əfqanıstanda iki partlayış nəticəsində ölənlərin sayı 59-a çatıb

Əfqanıstanda məscidlərdə törədilən partlayışlar nəticəsində ölənlərin sayı 59-a çatıb, 55 nəfər yaralanıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstan Daxili işlər nazirliyindən bildirilib.

Bu gün Əfqanıstanın paytaxtı Kabildə, imam Zaman məscidində və Qur əyalətində yerləşən məsciddə partlayışlar törədilib.

Terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar