«ABŞ KQS-nın məhv edilməsi barədə öhdəliklərini icra etmir» - Putin

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiyanın Prezidenti Vladimir Putin bəyan edib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) kütləvi qırğın silahlarının (KQS) məhv edilməsi barədəki öhdəliklərini icra etmir.

«Məlum olduğu kimi, 2002-ci ildə vaxtilə beynəlxalq təhlükəsizlik və kimyəvi silahların qadağan olunması üzrə konvensiyanın təşəbbüskarı olan ABŞ, raket əleyhinə müdafiə üzrə müqavilədən çıxıb - özləri bu sazişin təşəbbüskarı olsalar da, öz öhdəliklərini icra etmirlər. Bu günə qədər ABŞ bu silah növünün ən güclü və yeganə sahibi olaraq qalır. Bundan əlavə, ABŞ özünün kimyəvi silahının məhvi müddətini 2007-ci ildən 2023-cü ilə qədər uzadıb. Özünü silahlar üzərində nəzarət və onların yayılmaması üzrə «çempion» elan etmiş dövlət üçün bu, yaraşan hərəkət deyil» -Putin qeyd edib.

Rusiya lideri xatırladıb ki, əksinə, Rusiyada bu proses cari ilin sentyabrında başa çatıb. Bununla da Rusiya beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsinə ciddi tövfə vermiş olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar